Azərbaycanda 7 nazirlik 3700 manat maaşa işçilər axtarır

  • Müəllif: Firuzə
  • 19 Avqust 2026 23:20

Azərbaycanda müxtəlif dövlət qurumlarında iş axtaranlar üçün yeni vakansiyalar elan edilib. Vakansiyalar arasında bir sıra nazirliklərdə təklif olunan iş yerləri də var.

Gununsesi.info Valyuta.az-a istinadla xəbər verir ki, sözügedən vakansiyalar üzrə əməkhaqqı 3 700 manatdan çoxdur.

Vakansiya elan edilən nazirliklər və vakant yerlərin sayı aşağıdakı kimidir:

Mədəniyyət Nazirliyi – 1 vəzifə üzrə 1 yer;

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – 2 vəzifə üzrə 2 yer;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 7 vəzifə üzrə 7 yer;

Energetika Nazirliyi – 2 vəzifə üzrə 2 yer;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 3 vəzifə üzrə 3 yer;

Gənclər və İdman Nazirliyi – 11 vəzifə üzrə 11 yer;

Müdafiə Sənayesi Nazirliyi – 3 vəzifə üzrə 3 yer.

Gununsesi.info