Azərbaycanda 913 min manatlıq cekpotu udan odur - FOTO

  • By admin
  • 02 Mart 2023 19:07

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycanda 913 072 manatlıq cekpot qazanılıb.

Gununsesi.info-nun məlumatına görə, həmin şəxs Xaçmaz sakini Kamran Məmmədsəidovdur.

Daş satışı ilə məşğul olan Kamran Məmmədsəidova tarixi uduş 50 yaşında qismət olub.

Cekpot udacağını yuxusunda gördüyünü deyən qalib, satıcı olaraq işləməyə davam edəcəyini söyləyib.

Gununsesi.info