Azərbaycanda ağır qəza: 3 NƏFƏR ÖLDÜ

  • By admin
  • 13 Dekabr 2017 09:36
Goranboyda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, rayonun Səfikürd kəndində ağır tonnajlı yük avtomobili “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”da olan 3 nəfər ölüb. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Gununsesi.info