Azərbaycanda avtobus aşdı: 21 YARALI- VİDEO - FOTO

  • By admin
  • 20 Sentyabr 2017 17:47

583064

Biləsuvarda ağır qəza baş verib.

Gununsesi.info ARB TV-yə istinadla xəbər verir ki, Biləsuvarun Nəsimi kənd kəndindəki çöllük ərazidə pambıqçıları evə gətirən rayon sakini Ruhin Əliyevin idarə etdiyi mikroavtobus anidən idarəetməni itirib və yoldan çıxaraq aşıb.

Qəza zamanı mikroavtobusda olan 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar mərkəzi rayon xəstəxanasına çatdırılıblar. İlkin tibbi yardımdan sonra 15 nəfər abmulator mualicəyə buraxılıb, 6 nəfər isə xəsarətləri ağır olduğu üçün xəstəxanada müalicələrini davam etdirirlər.

İlkin ehtimala görə, qəzaya sürücünün səhlənkarlığı və mikroavtobusa həddən çox sərnişin götürməsi səbəb olub.

Fakt araşdırılır.

583064_02

Gununsesi.info