Azərbaycanda avtobus yük maşını ilə toqquşdu: Üç nəfər öldü. -YENİLƏNİB

  • By admin
  • 29 Mart 2022 14:26

Ağstafada baş verən yol qəzasında ölənlərin sayı 3-ə çatıb.

Gununsesi.info  APA-ya istinadla xəbərinə görə, qəzada xəsarət alan 56 yaşlı Vəliyeva Mirvari Mikayıl qızı Qazaxda xəstəxanada ölüb.

Ağstafada baş verən yol qəzasında 2 nəfər ölüb.

Gununsesi.info  APA-ya istinadla xəbərinə görə, Bakı-Qazax magistral yolunun rayonun Köçəsgər kəndindən keçən hissəsində “Mersedec-Sprinter” markalı mikroavtobus qoşqulu yük maşını ilə toqquşub.

Qəza nəticəsində 2 nəfər – Ağstafa rayon sakini, 61 yaşlı Məmmədova Familə Fərman qızı, Qazax rayon sakini – 60 yaşlı Nağıyev Mail Hüseyn oğlu hadisə yerində ölüb. Yaralanan 19 yaşlı Qasımov Nicat Əli oğlu, 71 yaşlı Əmiraslanov Əmialı İnəci oğlu və daha 3 nəfər isə Qazaxda xəstəxanaya yerləşdirilib.

Xəsarət alan bir neçə nəfər Ağstafa və Qazax xəstəxanalarına aparılıb.

Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə işləyirmiş.

Ağstafa rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Hərəkətdə olan avtobusla yük maşınının toqquşması nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilir.