Azərbaycanda azarkeş sayına LİMİT LƏĞV EDİLDİ

  • By admin
  • 29 Mart 2022 14:57

Azərbaycanda futbol oyunlarını izləyən azarkeşlərin sayına qoyulan limit aradan qaldırılıb.

Gununsesi.info xəbər verir ki , bu barədə qərarı Peşəkar Futbol Liqası (PFL) verib.

Qurum ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarlarını nəzərə alaraq belə addım atıb. PFL azarkeş limiti ilə bağlı dəyişikliyi zəruri say.

Ümumi məsləhətləşmələrdən sonra martın 30-u, aprelin 1-də keçiriləcək I Divizionun XIX və aprelin 2-3-də baş tutacaq Premyer Liqanın XXI turunun oyunlarından etibarən stadionlarda azarkeş tutumunun 100% olmasına icazə verilib. Eyni zamanda, jurnalistlərin fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar olaraq miks zonaların təşkili (qapalı məkanda olacaqsa, qoruyucu maskalardan istifadə olunmaq şərti ilə) bərpa olunacaq.