Azərbaycanda baş həkimi hədələyib PUL İSTƏDİLƏR

Azərbaycanda xəstəxananın baş həkiminə hədə-qorxu gələrək pul tələb ediblər.

 Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Ucar rayonunda baş verib.

Ucar Rayon Mərkəzi Xəstəxananın baş həkimi Zeynal Bayramlı polisə müraciət edərək rayon sakini Bəxtiyar Kərimovun ona hədə-qorxu gələrək 1000 manat pul tələb etməsini bildirib.

Daxil olan şikayət əsasında Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır

Gununsesi.info