Azərbaycanda bir aya 20 milyonluq narkotik ələ keçirildi

  • By admin
  • 03 Mart 2022 21:43

Bu ilin yanvar ayında 614 kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ələ keçirilən 614 kq 942 qram vasitənin 265 kq 299 qramını heroin, 204 kq 953 qramını marixuana, 76 kq 032 qramını tiryək, 4 kq 993 qramını həşiş, 60 kiloqramını psixotrop maddələr, qalanını isə digər narkotiklər təşkil edib.

Dövriyyədən çıxarılan 614 kq 942 qram narkotikin ümumi dəyəri 20 milyon 711 min manatdır.

Bu ilin yanvar ayında narkotiklərlə bağlı 969 cinayət faktı da aşkarlanıb. Bunların 342-si narkotiklərin satışı ilə bağlı olub. 463 nəfər isə narkotik cinayətlərinə görə məsuliyyətə cəlb olunub.

Gununsesi.info