Azərbaycanda bir ayda 11 mindən çox körpə doğulub

  • By admin
  • 23 Mart 2020 14:01

2020-ci ilin yanvarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11 279 doğulan körpə qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, doğulan körpələrin 336-sı əkiz, altısı isə üçəm olub.

2020-ci ilin yanvarı ərzində ölkədə 5177 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

Ümumilikdə, Azərbaycan üzrə əhalinin sayı 2020-ci ilin əvvəlindən 6130 nəfər (0,1 faiz) artaraq, 2020-ci il fevral ayının 1-i vəziyyətinə 10 073 238 nəfərə çatıb.

Gununsesi.org