Azərbaycanda bir gecədə 34 zəlzələ baş verdi - VİDEO

  • By admin
  • 22 Fevral 2023 13:32

Azərbaycanda zəlzələ baş verib.

Yeraltı təkan yerli vaxtla 06:25-də Saatlı stansiyasından 20 km şimal-qərbdə, İmişlidə qeydə alınıb.

Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, maqnitudası 3,6-ya bərabər olan zəlzələnin ocağı 52 km dərinlikdə yerləşib.

Mərkəzin direktoru Qurban Yetirmişli zəlzələnin hiss olunmadığını qeyd edib.

“Bu gecə ölkədə 34 təkan olub. Yaxın günlər üçün dağıdıcı zəlzələ ehtimalı yoxdur”, – deyə Q.Yetirmişli əlavə edib.

Ətraflı Baku TV-nin videosunda:

Gununsesi.info