Azərbaycanda bu ərazinin minalardan təmizlənməsinə başlandı – RƏSMİ AÇIQLAMA

  • By admin
  • 30 Noyabr 2020 16:12

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov Şuşaya gedən yolun elektrin xətlərinin və su kəməriinin çəkiləcəyi yerlərdə minalardan təmizlənməsi işlərinə başlandığını bildirib.

Bu barədə o, oxu.Az-a açıqlamasında məlumat verib. İdris İsmayılovun sözlərinə görə, Kəlbəcərdə mina təmizləmə işləri aparılmır. Çünki təmizlənmə işləri qrafiklə tədbirlər planına uyğun şəkildə yerinə yetirilir.

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin 80 faizi partlayıcı maddələr baxımından təhlükəli ərazilər sayılır.

Gununsesi.org