Azərbaycanda bu dövlət binasının inşası 30 milyon manata başa gələcək

  • By admin
  • 24 Dekabr 2020 14:41

Dövlət Gömrük Komitəsi yeni inzibati binasının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Gununsesi.org vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Progress” sənaye-istehsalat şirkətidir.

Qalib şirkətə 30 milyon manat ödəniləcək.

Gununsesi.org