Azərbaycanda bu gün birmənalı mövqe formalaşıb ki… - MƏHƏRRƏM ƏLİYEV

  • By admin
  • 26 Sentyabr 2020 11:40

Azərbaycan Prezidentinin köməkçisi – Administrasiyanın Hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev son zamanlar cəbhədə yaranan gərginliyi şərh edib.

Gununsesi.info Məhərrəm Əliyevin açıqlamasını təqdim edir:

“Azərbaycan dövlətinin, xalqının səbri tükənməz deyil. Biz daha 25 il oturub torpaqların danışıqlar yolu ilə həll olunmasını gözləməyəcəyik. Bu məsələ konkret həllini tapmalıdır. Azərbaycanda bu gün birmənalı mövqe formalaşıb ki, torpaqlarımız işğaldan azad edilməlidir. İndi Azərbaycan öz seçimini edəcək. Biz hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Nəticədə, Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək”.

Gununsesi.info