Gununsesi.info “Xəzərxəbər”ə istinadən xəbər verir ki, bu qrupa hal hazırda bəzi xəstəlikərin aktiv fazasında olan şəxslər daxildir.

TƏBİB-in infenksionist xəstəlikərin təhlili və idarə edilməsi şöbəsinin əməkdaşı Nəzrin Mustafayeva bildirib ki, hər hansı xroniki xəstəlikdən əziyyət çəkən vətəndaşlar da vaksinasiya prosesinə bir müddətdən sonra cəlb olunacaqlar.

Onun sözlərinə görə, ankoloji xəstəlikdən əziyyət çəkənlərin durumuna uyğun qərar veriləcək. Əgər onlar xəstəliyin ağırlaşma dövründədilərsə, vaksinasiya gecikdiriləcək.

Nəzrin Mustafayeva onu da əlavə edib ki, qripə qarşı peyvənd olunan şəxslər 2 həftədən sonra koronavirusa qarşı vaksin vurdura bilərlər.

Gununsesi.info