Azərbaycanda bu şirkətlər ləğv olunur

  • By admin
  • 23 Sentyabr 2021 14:16

Azərbaycan Sənaye Korporasiyasına tabe olan ölkənin aparıcı dövlət şirkətləri ləğv olunur.

Gununsesi.info ləğv olunan şirkətlərin siyahısını təqdim edir:

Azərtütün MMC (VÖEN: 1305091901)

Şəki Kərpic İstehsalı MMC (VÖEN: 1305091881)

Bakı Ayaqqabı MMC (VÖEN: 1004879211)

Azərşüşətara MMC (VÖEN: 1101637151)

Şəki İpək İstehsalı MMC (VÖEN: 1305092411)

Şəki Heyvandarlıq MMC (VÖEN: 1305092131)

Şəki Ət və Süd Məhsulları MMC (VÖEN: 1305093051)

Azərpambıq MMC (VÖEN: 1305092261)

Mingəçevir İzolit MMC (VÖEN: 1305092001)

Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyəti – “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanına əsasən 06 noyabr 2017-ci ildə yaradılıb.

ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb.

Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovdur.

Müşahidə Şurasının üzvləri isə Kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankının sədri Elman Rüstəmovdur.

Gununsesi.info