Azərbaycanda buğda istehsalı ötən il 14% azalıb

  • By admin
  • 22 Yanvar 2021 17:21

2020-ci ildə Azərbaycandakı təsərrüfatlarda 1 867,3 min ton buğda istehsal olunub.

 

Dövlət Statistika Komitəsindən Gununsesi.org-a verilən məlumata görə, bu göstərici 2019-cu ilə nisbətən 14% azalıb.

Hesabat dövründə ölkədə 588,4 min hektar sahədən buğda yığılıb ki, bu da 2019-cu ilin göstəricisindən 12,2% azdır. 2019-cu illə müqayisədə 2020-ci ildə məhsuldarlıq 2,2% azalaraq 31,7 sent/ha təşkil edib.

Gununsesi.org