Azərbaycanda ciddi bahalaşma olacaq - OQTAY HAQVERDİYEV

  • By admin
  • 29 Noyabr 2016 14:12

oqtay

Azərbaycanda əksər sahələrdə ciddi bahalaşma gözlənilir.
Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyev Gününsesi.info-ya bildirb ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyət sahəsi istisna olmaqla, bütün sahələrdə qiymət artımı gözlənilir: “Çünki “Bakı Metropoliteni” QSC dövlətdən subsidiya alır. Bu səbəbdən də metroda gediş haqqında artırılmayacaq. Amma digər – hava, su və yerüstü yük daşımalar, eləcə də sərnişin və sair sahələrdə qiymət artımı ola bilər. Bütün bunlar dövlətə bağlı olduğu üçün gələcəkdə ola bilsin qiyməti artıracaq, ya da azaldacaq. Nə edəcəksə dövlət özü buna qərar verəcək. Amma özəl olanda bu sazişlə, müqavilə ilə təmzinlənir. Azərbaycanda rəqabət mühiti yoxdur, inhisarçılıq yüksək səviyyədədir. Dövlət baxacaq görəcək hası qurumlar rentabellə işləmirsə, onlar üçün də hansısa bir tədbir görəcək. Eyni zamanda, bu günkü qərarın onlara da bir təsiri var”.
İqtisadçı-ekspert əlavə edib ki, bütün sahələr bir-biri ilə sıx bağlıdır: “Qiymət artımı ərzaq mallarının qiymətindəbu hardasa biraz az, biraz çox olamaqla özünü göstərəcək. Amma qiymət artımının mənfi təsiri olacaq. Qeyd etdiyim kimi, ölkəmizdə rəqabət mühiti yoxdur. Qiymətlər inhisarçılar tərəfindən tənzimlənir. Onlar nə istəyirlərsə, onu da edirlər. Monopoliya var. Bazarda seçim olsaydı, o zaman nəsə gözləmək olardı. Bütün bazarların özünün sahibi var. Özləri nə istəyirlər, onu da edirlər”.
Anar
Gununsesi.info