Azərbaycanda cinayətlərin sayı artıb – STATİSTİKA

  • By admin
  • 28 İyul 2016 18:40

hebs

 

Azərbaycanda törədilən cinayətlər artıb. Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, 2015-ci ildə ölkədə 26 916 cinayət baş verib ki, bu da əvvəlki ilə nisbətən 9,4% artıqdır. Xatırladaq ki, 2014-cü ildə ölkədə 2014-cü ildə ölkədə 24 min 607 cinayət hadisəsi baş verib.
Ağır cinayətlər daha çox artıb

Ötən il ölkədə törədilən hər 7 cinayətdən 1-i ağır cinayət olub. Ağır cinayətlərin sayı 3 min 922 təşkil edir, bu da ümumi cinayətlərin 14,5%-ni təşkil edir. Ötən illə müqayisədə ağır cinayətlərin sayı 18% artıb.
Əsas cinayətkarlar kişilərdir

Statistika göstərir ki, cinayət törədənlərin əksəriyyəti kişilərdir. Ölkədə hər 14 cinayətdən 13-ndə günahkar kişilər olur. Belə ki, 2015-ci ildə cinayət törədən şəxslərin ümumi sayı 16 min 322 nəfər olub. Onlardan 15 min 194 nəfəri kişilər, 1128 nəfəri isə qadınlardır. Başqa sözlə, qadınların kriminal olaylarda payı cəmi 7% təşkil edir.
Ən çox zərər çəkənlər də kişilərdir.

Gununsesi.info