Azərbaycanda dəhşətli hadisə – ÖLƏNLƏR VAR

  • By admin
  • 07 May 2021 13:00

Mayın 5-də saat 22 radələrində Şabran rayonunun Gəndov kəndi ərazisində kənd sakini E.İsmayılovun idarə etdiyi “Mercedes” və Quba rayon sakini Xəyal Əhmədxanlının idarə etdiyi “VAZ-21723” markalı avtomobillər toqquşub.

Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində X.Əhmədxanlı, sərnişinləri – qardaşı Ə.Əhmədxanlı və həmyerlisi Əli Əzizov xəstəxanaya yerləşdirilib, X.Əhmədxanlı və Ə.Əzizov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.