Azərbaycanda dəhşətli partlayış - YARALILAR VAR (FOTO/VİDEO)

  • By admin
  • 28 Dekabr 2021 14:35

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti Mingəçevirdə baş vermiş partlayışla bağlı məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, şəhərdə ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Nəticədə evin dam örtüyü çöküb, divarları dağılıb və 12 m2 sahədə taxta konstruksiyaları yanıb.

Partlayışın dalğasından həyətyanı sahədə dayanmış “VAZ” markalı minik avtomobilinin şüşələri sınıb, qonşu evlərin dam örtüyünə və pəncərə çərçivələrinə ziyan dəyib.

Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

*****

Video əlavə olunub.

xxx

Mingəçevir şəhəri, Bağlar massivi, 12-ci küçə ərazisində yerləşən evlərin birində güclü partlayış baş verib. Partlayışın səsi şəhərin hər tərəfindən eşidilib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 8 evdə dağıntılar meydana gəlib.

Partlayış həmin küçənin sakini Sevinc Qəmbərovaya məxsus evdə baş verib, ev tamamilə yararsız vəziyyətə düşüb.

İlkin məlumatlara görə, partlayış qaz sızması nəticəsində baş verib. Ev sahibi Sevinc Qəmbərova və oğlu yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Evi dağılan qonşu Əliyev Valeh bildirib ki, mənzili tam yararsız vəziyyətdədir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info