Azərbaycanda dəhşətli partlayışın TƏFƏRRÜATI – Baba və nəvəsinin vəziyyəti ağırdır

  • By admin
  • 26 Yanvar 2022 14:34

Ötən gün axşam saatlarında Qazax rayonunda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən partlayış hadisəsinin təfərrüatları məlum olub.

Publika.az -ın əldə etdiyi məlumata görə, ilkin araşdırmaların nəticəsində partlayışın Daş Salahlı kəndində yaşayan 1950-cı il təvəllüdlü Vəliyev Paşa Piri oğluna məxsus fərdi yaşayış evinin həyətindəki su quyusunda baş verdiyi məlum olub. Belə ki, bir neçə gün əvvəl su quyusunun divarlarını suvayan P.Vəliyev suvağın tez quruması üçün yaşadığı evin mətbəxindən quyuya kustar üsulla qaz xətti çəkib. O, qaz xəttinin başına xüsusi avadanlıq qoşaraq alışqanla onu yandırıb. Bu zaman hovuza qaz sızması nəticəsində qapalı məkanda yanğınla müşayət edilən partlayış baş verib.

Nəticədə 72 yaşlı Paşa Vəliyev və ona kömək edən nəvəsi Emil yanıq xəsarətləri alıblar. əvvəlcə Qazax rayon Mərkəzi xəstəxanasına çatdırılan baba və nəvəsi daha sonra Respublika Yanıq Mərkəzinə göndərilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info