Azərbaycanda dəhşətli qəza: Ölən və yaralananlar var

  • By admin
  • 11 Dekabr 2022 19:08

Goranboy rayonunun Səfikürd kəndində iki minik avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 1977-ci il təvəllüdlü Rəhimli Pərviz Fərhad oğlu hadisə yerində aldığı xəsarətdən dünyasını dəyişib.

Daha yeddi nəfər Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlar bunlardır:

Zeynalova Günel (1982),
Rəhimli Bibixanım (2005),
Rəhimli İlhamə (1984),
Zeynalov İlqar (1977),
Məmmədov Dünyamalı (1966),
Qəribov Nizami (2008),
Zeynalova Aysu (2006).

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info