Azərbaycanda daha 12 dövlət əmlakı özəlləşdirilib

  • By admin
  • 30 Mart 2022 18:40
Azərbaycanda daha 12 dövlət əmlakı özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirib.
Bu barədə Gununsesi.info -ya  nazirlikdən bildirilib.
Hərracda 1 dövlət obyekti, 11 nəqliyyat vasitəsi özəlləşdirilib. Dövlət əmlaklarına ümumilikdə 49 sifariş qəbul olunub ki, bunun 10-u elektron qaydada həyata keçirilib.
Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib. Belə ki, ilkin satış qiyməti 5 500 manat olan “Nissan X-Trail” markalı avtomobilə edilən ən son təklif 12 100 manatadək yüksəlib. Bundan başqa, “Hyundai Sonata” markalı avtomobilin ilkin start qiyməti 5 500 manat olsa da, nəqliyyat vasitəsi 9 860 manata özəlləşdirilib.
Özəlləşdirilən dövlət obyekti isə Gədəbəy rayonunda yerləşir.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür:
Gələn ay 7 hərrac keçiriləcək. Hərraclara kiçik dövlət müəssisə və obyektləri, yarımçıq tikililər və nəqliyyat vasitələri çıxarılıb. Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.
Gununsesi.info