Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü

  • By admin
  • 01 Avqust 2021 16:57

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5027 nəfər vəfat edib. Aktiv xəstə sayı 6365 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9400, ümumilikdə  isə 4 043 740 test icra olunub.

Gununsesi.info