Azərbaycanda daha 40 nəfər koronavirusa yoluxub, 50 nəfər sağalıb

  • By admin
  • 12 Aprel 2020 17:12

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gununsesi.org xəbər verir ki, Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat etmiş, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Gununsesi.org