Azərbaycanda daha 55 şagird koronavirusa yoluxub

  • By admin
  • 16 Oktyabr 2020 15:24

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVID-19-la bağlı son sutkaya olan vəziyyəti açıqlayıb.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 15, işçi heyətinin sayı 2 olub.

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 55, işçi heyətinin sayı 21 nəfər təşkil edib.

 

Gununsesi.info