Azərbaycanda daha bir ana doğuş zamanı öldü

  • By admin
  • 14 İyul 2017 08:38
dogus zaamni
Sumqayıtda ana xəstəxanada doğuşdan sonra dünyasını dəyişib.
Gununsesi.info report.az-a istinadən bildirir ki, hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.