Azərbaycanda daha bir Youtube kanalı 1 milyon abunəçini keçdi – REKORD

  • By admin
  • 14 Yanvar 2020 13:10
Bu gün “Xəzər” Media Mərkəzinin rəsmi Youtube səhifəsinin abunəçi sayı 1 milyonu keçib.

Gununsesi.org xəbər verir ki, bu barədə xəbəri kanalın prezidenti Şamxal Həsənli öz “İnstagram” səhifəsində yayıb.

Ş.Həsənli “bu uğurda əməyinə görə, bütün Xəzər TV əməkdaşlarına, əsas da dəyər verib izlədikləri üçün kanalımızın abunəçilərinə təşəkkür edirəm”, deyə qeyd edib.