“Azərbaycanda dayanıqlı makroiqtisadi sabitlik formalaşıb” – Baş bankir

  • By admin
  • 30 İyul 2021 13:03

“Koronavirus (COVID-19) pandemiyası dövründə AMB-nin həyata keçirdiyi siyasət, iqtisadi artımın bərpası Azərbaycanın beynəlxalq reytinqlərinin yaxşılaşması ilə müşahidə olunur”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda dayanıqlı makroiqtisadi sabitlik formalaşıb:

“Beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini bir neçə pillə yüksəldib. Hesab edirəm ki, görülən bu işlər ona gətirib çıxaracaq ki, ölkənin investisiya reytinqi tezliklə bərpa olunacaq. O cümlədən ölkə prezidentinin Qarabağla bağlı təşəbbüsləri uğurlan nəticələncək, investisiya reytinqimizin bərpa olunmasına xidmət edəcək”.