Azərbaycanda evlilik məqsədi ilə qaçırılan məktəbli qız ailəsinə verildi

  • By admin
  • 07 İyun 2023 11:16

Salyan rayonunda qaçırılan məktəbli qızın yeri müəyyən edilib.

Gununsesi.info xəbər verir ki, 15 yaşlı qız tapılaraq ailəsinə verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat Oxu.Az-a təsdiqlənib.

Bildirilib ki, iyunun 6-da Salyan rayonunun Qarabağlı kənd sakini S.Cavadov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək övladının həmkəndlisi M.Qurbanov tərəfindən qaçırıldığını bildirib:

“Daxil olan məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, onların yeri müəyyən edilərək RPŞ-yə gətiriliblər. 15 yaşlı qız ailəsinə təhvil verilib. Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, qız rayonun Qarabağlı kənd 2 saylı tam orta məktəbinin IX sinif şagirdidir.

Gununsesi.info