Azərbaycanda futbolçuda dopinq aşkarlandı

  • By admin
  • 23 Dekabr 2021 11:45

“Dopinq testlərinin sayı, çox güman ki, artacaq. Bir çox idmançılar qeydiyyata alınmış test qrupuna alınacaq”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, 2021-ci ildə bir futbolçuda dopinq aşkarlandığını vurğulayıb. Hüseynli prosesin davam etməsi səbəbindən ad çəkməyin məqsədəuyğun olmadığını bildirib.

Gununsesi.info