Azərbaycanda futbolçuları aparan avtobus qəzaya düşdü: Yaralılar var - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 07 Mart 2023 14:35

Gununsesi.info “Qafqazinfo”a istinadən bildirir ki, qəza Şamaxı-İsmayıllı yolunda baş verib. Qəzaya qatı duman səbəb olub. Komandanın idman direktoru Zaur Qarayev ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb.


14:19

Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

PFL-dən verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Gununsesi.info