Azərbaycanda futbolçunun dişləri qırıldı

  • By admin
  • 15 Fevral 2021 23:38

Azərbaycanda futbolçu xəstəxanalıq olub.

Gununsesi.info xəbər verir ki, “Sabah”ın Fil Dişi Sahilindən olan futbolçusu Tiemoko Fofananın dişləri qırılıb.

21 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Zirə” ilə görüşün ikinci hissəsində ciddi zədə alıb. Üzündən travma alan afrikalı oyunçunun iki dişi qırılıb. O, 73-cü dəqiqədə millimizin hücumçusu Ramil Şeydayevlə əvəzlənib və xəstəxanaya aparılıb.

Qeyd edək ki, həmin görüş 2:2 hesabı ilə başa çatıb.

Gununsesi.info