Polis rəisi özünü güllələdi- MƏŞHUR GENERALIN QARDAŞI İDİ

  • By admin
  • 09 İyul 2021 12:16

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib.

Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.