Azərbaycanda hər gün 6 yeni iş yeri açılır - RÜFƏT ASLANLI

  • By admin
  • 24 Dekabr 2016 12:20

rufat

“Dunyada son 30 ildə qazanılan sərvətin 40 faizi, cəmi 1%-ə məxsus olub”.

Gununsesi.info xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı ölkə Prezidenti İlham Əliyevin doğum günü ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşkil olunmuş konfransda deyib.

Palata sədrinin sözlərinə görə, dünyanın 85 ən varlı şəxsinin sərvəti dünya əhalisinin 3.5 milyardının ümumilikdə sərvətinə bərabər olub.

O, qeyd edib ki, Azərbaycanda keçirilən islahatlar nəticəsində isə ölkə əhalisinin 1/3 hissəsi orta təbəqə səviyyəsinə çatıb.

R.Aslanlı deyib ki, gündə dünyada 1000 iş yeri bağlanırsa, Azərbaycanda 6 iş yeri açılır:

“Azərbaycanda əhalinin 100 nəfərindən 77-i internetdən istifadə edirsən dünyada bu 44-dür”.

Kamil Həmzəoğlu

Gununsesi.info