Azərbaycanda hamilə olan 8-ci sinif şagirdinin başı kəsilib? – RƏSMİ AÇIQLAMA

  • By admin
  • 08 Noyabr 2019 16:20

Sosial şəbəkələrdə 8-ci sinif şagirdinin başı kəsilməsi ilə bağlı video paylaşıb. Hadisənin Şəmkirdə baş verdiyi bildirilir.

Qız hamilə qaldığı üçün atasının Rusiyadan sifarişi ilə əmisi tərəfindən qətlə yetirildiyi iddia olunur.

Gununsesi.org xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsindən Unikal.org-a bildirilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.

Qeyd edək ki, sosial şəbəkədə 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də atasının sifarişi ilə əmisi tərəfindən başı kəsildiyi məlumatı yayılıb.