Azərbaycanda hava nəqliyyatı ilə yükdaşımalar 56% artıb

  • By admin
  • 22 May 2020 13:29

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 439,0 min sərnişin daşınıb, bu da 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,8% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə,  hesabat dövrü daşımaların 99,7%-i dövlət, 0,3%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata əsasən, yanvar-mart aylarında bu nəqliyyat növü ilə yükdaşıma 56,2% artaraq 105,1 min ton təşkil edib.

 

 

Gununsesi.org