Azərbaycanda iki faydalı qazıntı yatağı satıldı

  • By admin
  • 04 Mart 2022 15:58

Yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən ümumi olaraq 3 lot üzrə hərrac keçirilib.

Gununsesi.info xəbər verir ki, hərracda 7 hektar sahəyə yaxın 2 faydalı qazıntı yatağı satışa çıxarılıb. Onlardan biri Ağsuda yerləşən “Girdimançay” qum-çınqıl yatağı, və Qazaxda olan “Daş Salahlı” əhəngdaşı yatağlarıdır.

Hərracda 2 fiziki (“Girdimançay” yatağı Hacıyev Hacıağa vahid oğlu, “Daş Salahlı” yatağı Quliyev Elxan Cahangir oğlu), bir hüquqi şəxs (“Daş Salahlı” yatağı “Nigar” MMC) qalib olub.

Qeyd edək ki, bugünkü hərrac bu il ərzində təşkil olunan ikinci hərracdır, ilin sonunadək bir neçə hərracın təşkil olunması nəzərdə tutulur. Növbəti hərracda 14 lot üzrə 11 yataq təqdim olunacaq.

Gununsesi.info