Azərbaycanda İLGİNC OLAY: arı sancmasından ölən gənc dəfn zamanı ayıldı

  • By admin
  • 10 İyul 2022 19:07

Ağstafada arı vurması nəticəsində ölən gənc oğlan dəfn zamanı ayılıb.

Gununsesi.info xəbər verir ki, 24 yaşlı İlqar Qəhrəmanovu basdırmağa aparan zaman meyitin tərpəndiyini hiss ediblər. Qəbristanlıqda məlum olub ki, o, sağdır.

Dərhal yaxınları İ.Qəhrəmanovu Gəncədəki xəstəxanalardan birinə aparıblar. Burada məlum olub ki, İlqar Qəhrəmanov həqiqətən də dünyasını dəyişməyib. Lakin vəziyyəti ağır olub. İ.Qəhramanov bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, İlqar Qəhrəmanov Ağstafaya nişanlısı gilə qonaq gedərkən onu arı sancıb.

Gununsesi.info