Azərbaycanda indiyədək belə boşanma olmayıb - QADIN AVTOMOBİLİN SERİYA NÖMRƏSİNDƏ ADININ BAŞ HƏRFİ OLMADIĞI ÜÇÜN...

  • By admin
  • 16 Oktyabr 2017 17:48

59e4afe007ec3_2TE806669

Azərbaycanda qadın avtomobilin seriya nömrəsində adının baş hərfi olmadığı üçün həyat yoldaşından boşanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə metbuat.az-a hüquqşunas Xəyal Bəşirov ölkəmizdə qeyri-adi səbəblərə görə boşanan cütlüklərlə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, hadisə 2016-cı ildə baş verib. Cütlük alacaqları yeni avtomobilin seriya nömrəsində adlarının baş hərflərinin olacağı ilə bağlı öncədən qərar veriblər. Lakin kişi vədinə əməl etməyib. Öz adının baş hərfinin yanında başqa bir hərf olan seriya nömrəsi alıb. Yoldaşının bu hərəkətindən qəzəblənən qadın, bu səbəblə boşanmaq üçün vəkilə müraciət edib. Onlar elə həmin il boşanıblar.

Gununsesi.info