Azərbaycanda inflyasiya 13 faizlik həddi keçdi

  • By admin
  • 17 Sentyabr 2022 18:13

“Bu ilin l yarısında ümumi daxili məhsulun həcmi 6,4 milyard manat olub. Bunun da 31,50 faizi, yəni 31,9 milyon manatı qeyri-neft sektorunun hesabına təmin edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə, bu il təxminən 9,6 faiz artım baş verib”.

Bu sözləri Publika.az-a açıqlayan Milli Məclisin deputatı Vahid Əhmədov, bu göstəricilərin ölkəmiz üçün müsbət təsirlər yaradacağını bildirdi.

Onun sözlərinə görə, hazırda ölkənin gündəmini cəlb edən məsələlərdən biri də inflyasiya və qiymət artımlarıdır:

“Bu ilin 6 ayı ərzində inkişaf etmiş ölkələrdə inflyasiya 6,6 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 9,5 faiz olub. Ölkəmizdə bu göstərici rəsmi statistikaya görə, 13,9 faiz təşkil edib. Qeyri-rəsmi statistikaya görə isə inflyasiya daha yüksək olub. Hətta ərzaq məhsullarında 20 faizdən yuxarı olub. Bununla bağlı olaraq qiymətlərdə ciddi artım baş verib”.

Gununsesi.info