“Azərbaycanda insan hüquqlarına təsir edən amillər var” - VİTSE-SPİKER

  • By admin
  • 22 Noyabr 2017 14:02

“Ölkədə insan hüquqlarına təsir edən amillər var. Bu amillər, əsasən, hüquq mühafizə, təhlükəsizlik orqanları və məhkəmələrlə bağlıdır”.

Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, büdcə müzakirələri zamanı xüsusilə 5 komitənin iştirakı ilə keçirilən iclaslarda insan kapitalı ilə bağlı məsələlər əsasən diqqət  mərkəzində oldu.

O qeyd edib ki, ümumi vəziyyət yaxşıdır, inkişaf tendensiyası var.

Millət vəkili bildirib ki, qalan problemlərlə yanaşı, inkişafın özündən doğan problemlər də  var: “İşin çoxluğu ilə əlaqədar hakimlərin, müstəntiqlərin fəaliyyəti zamanı üzləşdiyi problemlər insan hüquqlarına təsir edir. Vəkillər sahəsində problem ciddidir. Bizim bu sahədə qəbul etdiyimiz qanun ciddi addımların atılmasını tələb edir”.

B.Muradova qeyd edib ki, hakimlərin sayı artırılmalıdır və gələn ilin büdcəsində bu məsələ nəzərə alınmalıdır.

O bildirib ki, söhbət obyektiv səbəbdən insan hüquqlarının pozulmasından getmir: “ İş yükünün çoxluğu, müdafiənin səviyyəli təşkil olunmaması məhkəmə zamanı prosedurların pozulmasına gətirib çıxarır”.

B.Muradova deyib ki, belə müraciətlərin çoxluğunu nəzərə alınır: “İkinci  bir istiqamət qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərdir, bu insanların hamısı azərbaycanlıdır. O da evlə təmin edilməsini istəyir. Qəzalı evlərdə yaşayan köçkünlərin tezliklə köçürülməli olduğu qənaətindəyəm. O istiqamətdə differensial yanaşmaya ehtiyac var. Şəhid ailələri güzəştli təbəqənin ən öndə gedənidir. Qaçqın və köçkün şəhid ailələrinin ümumi qaydada siyahıya alınmır. Füzulidən olanlar Bakıda qeydiyyata alınmır. Onların siyahıya alınması uçotu qeydiyyatı  aparılmalıdır. Mülkiyyət sahibləri sıxışdırıb çıxarmağa çalışırlar. Dövlətin bu sahədə siyasətinə kömək etmək əvəzinə daha ağır vəziyyətə düşməsinə gətirib çıxaran addımlar atırsız. İnsan kapitalının inkişafına yönələn siyasətin həyata keçirilməsində bu amillərin nəzərə alınması vacibdir”.

Mürtəza

Gununsesi.info