Azərbaycanda işdən çıxarılan yüksək vəzifəli məmurla bağlı yeni xəbər

  • By admin
  • 02 Aprel 2021 09:41

2019-cu ildə Vergilər Nazirliyində baş vermiş korrupsiya faktları ilə bağlı işdən çıxarılan və barəsində cinayət işi açılan vəzifəli şəxslə bağlı yeni xəbər var.

Gununsesi.info xəbər verir ki, Xızı və Siyəzən rayonları üzrə Maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından tam və ya qismən olmaqla, ümumilikdə 511 min manat azaldaraq, həmin məbləğləri ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəyən 2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimov barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək.

Gununsesi.info