Azərbaycanda kinoya və konsertə gedənlərin sayı çoxalıb

  • By admin
  • 17 Noyabr 2017 15:34

Azərbaycanda kinoteatrların sayının azalmasına baxmayaraq, kinoseanslara gedən tamaşaçıların sayı çoxalıb.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, 2005-ci ildə kinoteatrlara 115,4 min nəfər gəlsə də, 2016-cı ildə onların sayı 469,6 min nəfər yüksəlib. Onların əksəriyyəti özəl kinoteatrları seçiblər. Ötən il 340,2 min nəfər özəl kinoteatrlarda kinoya baxıb.

Ötən müddətdə hər 1000 nəfər əhali arasında kinoseanslara gələn tamaşaçıların sayı da yüksəlib. 2005-ci ildə hər 1000 nəfər əhali arasında kinoseanslara gələnlərin sayı 14, 2016-cı ildə 49 olub.

Ümumilikdə 2005-ci ildə Azərbaycanda 21 kinoteatr olsa da, 2016-cı ildə onların sayı 11-ə enib. Əsas azalma dövlət kinoteartlarının ləğvi hesabına baş verib. 2005-ci ildə 20 dövlət, 1 qeyri-dövlət kinoteatrı olsa da, ötən il dövlət kinoteatrlarının sayı 5-ə enib, özəl kinoteatrlarının sayı isə 6-a yüksəlib.

Ötən illər ərzində kinozallarda yerlərin sayı da azalıb. Kinozallarda olan 2005-ci ildəki 11896 yer sayı 2016-cı ildə 7604 -ə enib.

Ötən müddət ərzində konsertlərə də gedən tamaşaçıların sayı artıb. 2005-ci ildə 259 min nəfər konsertə getdiyi halda, 2016-cı ildə onların sayı 456 min olub.

Gununsesi.info