Azərbaycanda koronavirus infeksiyasına 2 372 yeni yoluxma faktı

  • By admin
  • 22 Fevral 2022 17:08

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 616 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 777 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 742 326 nəfər müalicə olunaraq sağalıb, 9 280 nəfər vəfat edib. 26 198 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 318, bu günə qədər isə ümumilikdə 6 501 358 test icra olunub.

 

 

Gununsesi.info