Azərbaycanda koronavirusa yoluxmada rekord göstərici: 3646 nəfər…

  • By admin
  • 24 Noyabr 2020 18:16

Ötən sutka Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 3646 yeni hal aşkarlanıb. 1259 nəfər müalicə olunub, 34 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 24-də də yaydığı məlumatda deyilir. Bu, pandemiya dövründə ən yüksək göstəricidir.

Ölkədə yoluxanların ümumi sayı 98 927 -yə çatıb, 65 734  nəfər müalicə olunub, 1194  nəfər vəfat edib. Aktiv xəstə sayı 31999 nəfərdir.

Ötən sutka ərzində 14358 test, pandemiya dövründə  1631 597 keçirilib.

Gununsesi.org