Azərbaycanda lazerlə prostat vəzi əməliyyatına başlanılır - VİDEO

  • By admin
  • 07 Yanvar 2023 18:13

Artıq Azərbaycanda da həcmindən asılı olmayaraq bütün prostat vəzi adenomaları qapalı üsulla, lazerlə əməliyyat oluna biləcək. HoLEP adlanan lazerlə prostat vəzi əməliyyatlarının aparılmasına imkan verən lazer cizahı Ege Hospitalda quraşdırılıb və ölkədə ilk dəfə HoLEP əməliyyatlarının icrasına başlanılır. Almaniyanın “Jena Surgicals” şirkənin təqdim etdiyi “MultiPulse HoPLUS” cihazı 150 vat gücünə sahibdir və bu göstəriciyə üzrə dünyada yeganə cihaz sayılır.

Məlumdur ki, 50 yaşdan yuxarı kişilərdə ən çox rast gəlinən xəstəliklərdən biri prostat vəzinin adenomasıdır. Həkimə müraciət etdiyi zaman bu xəstələrə şikayətlərindən və aparılan müayinələrdən asılı olaraq dərman müalicəsi və ya cərrahi müalicə məsləhət görülür. Cərrahi əməliyyat məsləhət görülən xəstələrdə prostatın həcmindən asılı olaraq açıq qapalı (endoskopik) əməliyyatlar mümkündür.

Ege Hospitalın uroloq-androloqu Uzm.Dr.Emin Məmmədovun “Qafqazinfo”ya bildirdiyinə görə qapalı əməliyyatlardan daha çox dünyada son illərə qədər Endoskopik TUR Prostat Əməliyyatı icra olunurdu.

Texnologiyanın inkişafı ilə əlaqədar son illərdə HoLEP deyilən, prostatın lazerlə cərrahi əməliyyatı icra olunmağa başlanılıb. Bu əməliyyatlar isə xüsusi lazer cihazı ilə aparılır.

“Bu cihaz Ege Hospitalda hal-hazırda var və bundan sonra Azərbaycanda ilk dəfə olaraq biz bu əməliyyatı lazer cihazı ilə apara biləcəyik”, -deyə həkim bildirib.

Lazer cihazı ilə normal endoskopik prostat əməliyyatının fərqiləri, lazer cihazının üstünlükləri ilə bağlı suala cavab olaraq isə Uzm.Dr.Emin Məmmədov, “Bir sıra üstünlükləri var. Birincisi əməliyyat müddəti çox qısa olur. Qanama çox daha azdır. Xəstənin sidik kateterində olma müddəti daha azdır və ən əsası, o biri endoskopik əməliyyatlarda böyük həcmli prostatlarda məcburi olaraq açıq əməliyyat icra olunurdu. Lazer aparatı ilə isə istənilən həcmdə prostatı qapalı yolla əməliyyat etmək mümkün olacaq”, – cavabını verib.

“HoPLUS” cihazının Azərbaycana gətirilməsini və quraşdırılmasını təmin edən ADS Tibbi Cihaz şirkətinin nümayəndəsi Sezgin Uluşahin bu cihazı Azərbaycana qazandırmaqdan məmnuniyyətlərini ifadə etdi. “HoPLUS” cihazının dünyada ən yüksək enerji səviyyəsinə çıxan lazer cihazı olduğunu qeyd edən Uluşahin cihazın xüsusi fiberoptik kabel vasitəsilə lazer şüası göndərərək təmassız və qansız olaraq prostat toxumanısını kapsulundan ayıra bildiyini qeyd edib.

Gununsesi.info