Azərbaycanda maliyyə savadsızlığı aşağıdır - KOMİTƏ SƏDRİ

  • By admin
  • 30 Mart 2017 12:40
ziyad
“Maliyyə savadsızlığının aradan qaldırılması ilə bağlı sənəd hazırlamışam”
Gununsesi.info xəbər verir ki,  bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə,  bu gün Azərbaycanda ümumi savadlılıq səviyyəsi yüksək olsa da, maliyyə savadsızlığı isə aşağıdır və bunun etiraf etməliyik:
“Bu məqsədlə mən maliyyə savadsızlığının aradan qaldırılması ilə bağlı bir sənəd hazırlamışam. Sənəd yaxın vaxtlarda komitə üzvlərinə paylanacaq və bunun eyni zamanda Maliyyə Bazarlarına Nəzarətə Palatasının rəhbəri Rüfət Aslanlı ilə də müzakirə edəcəyik. Bundan sonra belə bir sənədin hansı qaydada  qəbul edilməsinin yolunu müəyyən edə”- deyə, komitə sədri bildirib.
Mürtəza
Gununsesi.info