Azərbaycanda milyonluq şirkətlər - BİRLƏŞDİ

  • By admin
  • 13 Oktyabr 2021 10:10

“Xırman Süd” MMC  “Xırman” MMC-yə qoşularaq ləğv olunduğunu, “Xırman” MMC-nin yenidən təşkil olunduğunu elan edir.

Gununsesi.info Banker.az-a  istinadən xəbər verir ki, “Xırman Süd” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 176 000 manatdır və qanuni təmsilçisi Rəşad Əmiraslanovdur.

“Xırman” MMC 1997-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 000 520 manatdır və qanuni təmsilçisi Fazil Mirzəliyevdir.

Gununsesi.info