Azərbaycanda müğənni saxlanıldı

  • By admin
  • 04 İyun 2021 14:14

Cəlilabadda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Cəlilabad-Buravar yolunun Abşabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, rayonun Təklə kənd sakini Mahmudov Elvin Telman oğlu idarə etdiyi ” VAZ 21 07″ markalı 90 EY 632 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən azyaşlı Nəzərov Nihad Ramil oğlunu vurub.

Qeyd edək ki, sürücü Elvin Telman oğlu muğənnidir. O saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.